Şəhid anaları müayinələrdən keçdilər

saytların hazırlanması

Evə çatdırılma

Şəhid anaları müayinələrdən keçdilər

Sosial

16 Aprel 2023 16:58 718


“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə Tərtər rayonundan gətirilən şəhid anaları Kardiologiya İnstitutunda tibbi müayinələrdən keçiblər.

Səhiyyə Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, həssas kateqoriyalardan olan 30-dan artıq şəhid anası kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib.

Onlara EKQ, ExoKQ və USM müayinəsi və muasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparılıb. Dördpendirli pizza

Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!