Şəhid bacısı sektor müdiri təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Şəhid bacısı sektor müdiri təyin edildi

Sosial

27 Mart 2024 20:42 621


Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova müvafiq əmr imzalayıb. pizza mizza

Qeyd edək ki, “Tərəqqi” medallı Mehparə Murtuzəliyeva uzun illər şəhid qardaşının adını daşıdığı tam orta məktəbdə müəllim kimi çalışıb. 2022-ci ilin noyabr ayında isə Elm və Təhsil Nazirinin əmri ilə həmin məktəbə direktor təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!