Şəhid mayor Ramid Hacıyev vaxtilə təhsil aldığı Bakı Şəhəri üzrə Təhsil İdarəsi 48 nömrəli tam orta məktəbdə anılıb.
Yenisabah.az xəbər verir ki, 48 nömrəli tam orta məktəbdə bu gün keçirilən tədbirdə şəhidin ailə üzvləri, döyüşçü dostları, məktəbin şagird və müəllim kollektivi iştirak edib.
Tədbirdə şəhidin anası Solmaz xanımın şəhidimiz barədə çıxışı, ona dərs demiş müəllimlərin igid mayorumuz barədə xatirələri dinlənilib. Dördpendirli pizza
Qonaq olan digər şəhid ailələri və qazi qonaqlar da övladlarının, özlərinin keçdiyi şərəfli yoldan söhbət açıblar.
Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Ramid Hacıyev 11 fevral 1987-ci ildə Cəbrayıl rayonunun Mirək kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramid Hacıyev oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin.
Telegram kanalımız