Şəhid Nihat Verdiyev Gəncədə torpağa tapşırıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəhid Nihat Verdiyev Gəncədə torpağa tapşırıldı

Sosial

16 Sentyabr 2022 16:51 1709


Ermənistanın təxribatı nəticəsində şəhid olan Nihat Nicat oğlu Verdiyev torpağa tapşırılıb. 

Yenisabah.az-ın məlumatına görə, 2003-cü il təvəllüdlü Nihad Verdiyevin nəşi Gəncə şəhər Cavad xan qəsəbəsində yaşayan ailəsinin evinə gətirilib.

Şəhid Gəncədə Şəhidlər xiyabanında dəfn edilib. Marqarita pizza

Dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib.

Əslən Daşkəsən rayonundan olan şəhid N.Verdiyev yaylım atəşi sədaları altında torpağa tapşırılıb.

Allah rəhmət eləsin! 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!