Şəhid pilot Beyləqanda dəfn edilir    - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəhid pilot Beyləqanda dəfn edilir  - Fotolar

Sosial

02 Dekabr 2021 11:50 663


Helikopter qəzasında həlak olan hərbi qulluqçulardan biri, DSX-nin zabiti, şəhid baş leytenant Fərid Nağıyevin cənazəsi onun doğulduğu Beyləqan rayonun Şərq kəndinə gətirilib.

Yenisabah.az-ın məlumatına görə, şəhidin cənazəsi izdihamla qarşılanıb. Kənd meydanında cənazə namazı qılınıb.

Şəhid pilot Fərid Təyyar oğlu Nağıyev Beyləqan şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək. pizza hut

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Şəhid hərbçilərdən 11-i ötən gün Bakıda ikinci Şəhidlər Xibanında dəfn olunub. 3 şəhid hərbçi isə ailələrinin istəyi ilə doğulduqları ərazidə torpağa tapşırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!