Səhiyyə Nazirliyi məhkəməlik olan şirkətlə müqavilə imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyi məhkəməlik olan şirkətlə müqavilə imzaladı

İqtisadiyyat

23 Sentyabr 2026 09:14 87


Səhiyyə Nazirliyinin “Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxsi yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınmasını həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, satınalma üçün “Gill Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə müqavilə imzalanıb. Tərəflər arasında imzalanan müqavilənin ümumi dəyəri isə 197 325.5 manat təşkil edir.

Qeyd edək ki, sözügedən şirkət bir neçə il əvvəl yol hərəkəti qaydalarını pozduğuna görə məhkəməlik olub. Belə ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumatın verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Qanunvericiliyə əsasən, hüquqi şəxsə məxsus avtomobili xəta törədilən zaman idarə etmiş şəxs haqqında məlumatın 5 gün müddətində müvafiq orqana təqdim edilməməsinə görə hüquqi şəxslər 300 manat cərimə edilir. Toyuqlu pizza

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!