Səhiyyə Nazirliyi Samuxa dair məlumat yaydı: Yeni yoluxma halı qeydə alınmayıb

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyi Samuxa dair məlumat yaydı: Yeni yoluxma halı qeydə alınmayıb

Sosial

21 Avqust 2026 13:55 97


Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir. Yeni yoluxma halları qeydə alınmır və xəstəliyin əhali arasında yayılması müşahidə olunmur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

"Samux rayonunun Alıuşağı kəndində qarayara ilə bağlı hadisə qeydə alındıqdan dərhal sonra aidiyyəti qurumlar zəruri epidemioloji və profilaktik tədbirləri həyata keçirib. Pepperoni pizza

Aparılan epidemioloji araşdırmalar zamanı xəstəliklə təmasda olmuş şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə götürülüb və zəruri laborator müayinələr aparılıb. Eyni zamanda, hadisənin baş verdiyi təsərrüfatda epidemioloji və epizootoloji araşdırma həyata keçirilib, laborator müayinə məqsədilə müvafiq nümunələr götürülüb.

Aparılan müşahidə və laborator müayinələrin nəticələrinə əsasən avqustun 15-dən etibarən yeni yoluxma halı qeydə alınmayıb.

Hazırda xəstəlik aşkarlanmış şəxslər tibb müəssisəsində müvafiq müalicə alır, xəstəliklə təmasda olmuş digər şəxslər üzrə isə zəruri tibbi müşahidə və tədbirlər həyata keçirilib. Təmasda olan şəxslər arasında yeni yoluxma halı müəyyən edilməyib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlarla birgə xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində müvafiq profilaktik və əks-epidemik tədbirlər görülüb.

Qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir. Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir.

Hazırda Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir və əhali arasında xəstəliyin yayılması müşahidə olunmur.

Səhiyyə Nazirliyi epidemioloji vəziyyətə nəzarəti davam etdirir", - deyə nazirlikdən qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!