Aparıcı-aktyor Şəhriyar Əbilov açıqlaması ilə diqqət çəkib.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, sənətçi “Şou xəbər”ə müsahibəsində şəxsi həyatı haqda danışıb.
Oksana Rəsulova ilə boşanan Əbilov yenidən evlilik düşünməsi barədə suala “Həyat davam edir”, - cavabı verib.
“Hər kəsə çağırış edirəm ki, heç vaxt boşanmayın… Şəxsi həyat gündəmə gəldikcə göz dəyir, çalışın şəxsi həyatı gizli saxlayın”, - deyə aktyor fikirlərinə əlavə edib.
Qeyd edək ki, cütlük bu ilin sentyabrında boşandığını açıqlayıb. Onların bu evlilikdən Osman adlı bir oğlu var.
Telegram kanalımız