Müğənni Səidə Sultan bu gün bayağı mahnıların geniş yayılmasından gileylənib.
Yenisabah.az xəbər verir ki, "Tarixin bir günü" proqramında qonaq olan ifaçı qalmaqallı fikirlər səsləndirib.
O, Bakı şəhərinin kəndə çevrildiyini deyib: pizza hut
"Bakı şəhər kimi qalsaydı, qaçqınlıq düşməsəydi, şəhər kəndə çevrilməsəydi, musiqi zövqümüz korlanmayacaqdı və bayağı mahnılar geniş yayılmayacaqdı. Şəhər kəndə çevrilib, bu bir faktdır. Her şey yerində qalsaydı, bu gün estrada öz sözünü deyərdi".
Onun bu çıxışı qısa zaman ərzində sosial şəbəkələrdə yayılaran sərt tənqidlərlə üzləşib. İstifadəçilər müğənninin kənd camaatını aşağıladığını iddia edib.
Telegram kanalımız