Səidə Sultan vaksinasiyaya qarşı çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Səidə Sultan vaksinasiyaya qarşı çıxdı

Şou

23 Avqust 2021 10:11 1447


“Kim mənə qarantiya verəcək ki, vurdurduğum peyvəndin 5-10 ildən sonra hansısa fəsadları olmayacaq?” 

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan deyib.

Vaksinasiyaya qarşı çıxan ifaçı peyvəndin fəsadları olduğunu iddia edib: Pepperoni pizza

“Bəlkə elə sonda hamımız zombiləşdik? İmkan verin həyatımızı yaşayaq, özümüzün qayğısına qalaq. Əvvəllər vaksinasiyanın məcburi olmadığını bildirdilər. İndi niyə məcburidir? İnanın ki, siz canımızı bizim qədər istəyə bilməzsiniz”.

Onun bu fikirləri birmənalı qarşılanmayıb, bir çox vətəndaş Səidə Sultanı buna görə qınayıb.

Qeyd edək ki, Operativ Qərargahın son brifinqində sentyabrın 1-dən etibarən vətəndaşların restoranlara, mehmanxanalara və bir sıra iaşə obyektlərinə buraxılmadan öncə COVİD-19 pasportlarının yoxlanılacağı elan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!