Şəkidə 9 nəfər dönərdən zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə 9 nəfər dönərdən zəhərləndi

Sosial

17 Dekabr 2021 15:13 583


Daxili İşlər Nazirliyi (DİN) Şəkidə dönərdən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Yenisabah.az-a bildirib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinə 9 nəfərin qida zəhərlənməsi diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.

Həmin şəxslər ifadələrində şəhər ərazisində yerləşən “Gənclik” kafesində dönər yedikdən sonra səhhətlərinin pisləşdiyini bildiriblər. Sezar pizza

Məlumat daxil olandan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə həmin obyektə baxış keçirilib, dönərin hazırlanmasında istifadə olunan qida məhsullarından qalan nümunələr qablaşdırılaraq götürülüb. Xəstəxanaya müraciət edən şəxslər barəsində isə məhkəmə tibbi ekspertiza təyin edilib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.4-cü (pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!