Şəkidə qanunsuz kömür quyusu aşkarlandı 

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə qanunsuz kömür quyusu aşkarlandı 

Sosial

28 İyul 2023 12:43 813


Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində, vətəndaşın həyətyanı sahəsində ağac kömürü istehsal edilən kömür quyusu aşkar olunub. 

Bu barədə Yenisabah.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin kənd sakini Ələddin Əsgərov olduğu müəyyən edilib.  Marqarita pizza

“Qanunsuz kömür istehsal edən şəxs barəsində qanunamüvafiq tədbir görülüb, kömür quyusu isə ləğv olunub”, - o qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!