“Səkkiz” serialının yayımı dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

“Səkkiz” serialının yayımı dayandırıldı

Şou

17 Yanvar 2026 13:25 781


Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu “Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı kinoteatrın sosial şəbəkə hesabında məlumat yayılıb.

Ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq. Dördpendirli pizza

Bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şura həmin kadrları “Media haqqında” qanunun tələblərinə zidd sayıb. Nəticədə kanalın yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.

Serialın bölümləri “YouTube” platformasından da silinib. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!