“Semaşko“ koronavirusa görə bağlandı

saytların hazırlanması

Evə çatdırılma

“Semaşko“ koronavirusa görə bağlandı

Sosial

23 Avqust 2021 11:32 1418


1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) koronavirusla mübarizə məqsədi ilə 2 ay müddətinə bağlanıb.

Yenisabah.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxana COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.

Artıq xəstəxanada təmirdə olmayan bütün şöbələr - ginekologiya, cərrahhiyə, mərkəzin 1-ci korpusu COVID-19-la mübarizəyə quşulub. pizza mizza

"Xəstəxana zəruri dərman vasitələri ilə təchiz olunub və xəstələr üçün lazımi şərait yaradılıb” deyə "Semaşko"dan bildirilib.

Mərkəzdə yalnız toksikologiya şöbəsi öz səlahiyyətlərinə uyğun işlərini davam etdirir.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bildirib ki, rəhbəri olduğu şöbə bu məsələdən kənardır: "Bizim şöbə hazırda təcili tibbi yardımla birgə çalışır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!