Şəmkirçay su anbarında batan gəncin meyiti tapıldı - Yenilənib
04 İyl 2020 18:53
326

Şəmkirçay su anbarında batan gəncin meyiti tapıldı - Yenilənib

Şəmkirçay su anbarında batan gəncin meyiti tapılıb.

Yenisabah.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Hüseynov Tofiq Mətləb oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  /APA

***

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında şəxsiyyəti hələlik məlum olmayan bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, “112” qaynar xəttinə bu barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər