Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki "VAZ" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1976-cı il təvəllüdlü E.Bayramova, 1990-cı il təvəllüdlü G.Həsənova və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. pizza sifarişi
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır./APA
Telegram kanalımız