Bu məhsullarla bağlı VACİB MƏLUMAT -   Artım var!

saytların hazırlanması

Evə çatdırılma

Bu məhsullarla bağlı VACİB MƏLUMAT - Artım var!

İqtisadiyyat

13 Oktyabr 2026 11:01 89


Azərbaycanda avtomobil, dərman və tekstil istehsalında ciddi artım qeydə alınıb. Bununla belə, ümumilikdə sənaye sektorunda istehsal ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 51,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz azdır.

Emal sənayesində isə əksinə, artım müşahidə olunub. Belə ki, hesabat dövründə bu sahədə 16 milyard 982,9 milyon manatlıq məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib. İstehsalın həcmi illik müqayisədə 3,4 faiz artıb. pizza hut

Ən böyük artım avtomobil, qoşqu və yarımqoşquların istehsalında qeydə alınıb. Bu sahədə istehsal 76,8 faiz, əczaçılıq məhsullarının istehsalı 60,4 faiz, toxuculuq sənayesi isə 47,6 faiz artıb.

Bundan başqa, tütün məmulatlarının istehsalı 16 faiz, kağız və karton istehsalı 14,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 8,5 faiz, elektrik avadanlıqlarının istehsalı 8 faiz, tikinti materiallarının istehsalı 7,1 faiz, qida məhsullarının istehsalı 6,4 faiz, metallurgiya sənayesi isə 6,1 faiz artıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!