Yağış, külək, qar...  - Şənbə gününə olan hava proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Yağış, külək, qar... - Şənbə gününə olan hava proqnozu açıqlandı

Sosial

06 Mart 2026 12:39 981


Martın 7-nə olan hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!