Sentyabrda xəstələnmək istəmirsinizsə, səhər   evdən çıxanda bunu edin

saytların hazırlanması

Evə çatdırılma

Sentyabrda xəstələnmək istəmirsinizsə, səhər evdən çıxanda bunu edin

Sosial

04 Sentyabr 2026 14:54 43


Payızın yaxınlaşması ilə havanın temperaturunda gün ərzində kəskin dəyişikliklər müşahidə olunur. Səhər saatlarında sərin hava hökm sürsə də, günorta temperaturun yüksəlməsi insanların geyim seçimində və orqanizmin hava şəraitinə uyğunlaşmasında çətinlik yarada bilər.

Terapevt Rasif Bağırov “Yeni Sabah”a açıqlamasında bildirib ki, belə hava dəyişkənliyi immun sistemi zəif olan, xroniki xəstəliklərdən əziyyət çəkən və yaşlı insanlar üçün daha həssas dövr hesab olunur.

Həkimin sözlərinə görə, immun sistemi normal fəaliyyət göstərən və orqanizmin adaptasiya qabiliyyəti yüksək olan insanlarda hava temperaturunun dəyişməsi ciddi problem yaratmaya bilər: pizza sifarişi

“Atmosfer təzyiqinin, hava temperaturunun tez-tez və kəskin şəkildə dəyişməsi orqanizmə təsir göstərə bilər. İmmun sistemi normal olan insanlarda bu dəyişikliklər, adətən, ciddi problem yaratmır. Lakin immun sistemində müəyyən problemlər olan, qidalanması düzgün qurulmayan, orqanizmi vitamin, mineral, zülal və digər vacib maddələrlə kifayət qədər təmin olunmayan şəxslərin adaptasiya qabiliyyəti zəif olur və onlar xəstəliklərə daha tez yoluxa bilirlər”.

R.Bağırov xüsusilə xroniki xəstəlikləri olan şəxslərin dəyişkən hava şəraitində özlərini daha yaxşı qorumasının vacibliyini vurğulayıb.

“Xroniki xəstələrdə kompensator və adaptasiya funksiyaları müəyyən qədər pozulmuş olur. Ona görə də belə hava şəraiti onlar üçün daha həssas keçə bilər.

Məsələn, ürək və ya ağciyər xəstəliyi olan insan səhər tezdən, hava hələ çox soyuq olduğu vaxt çölə çıxarsa, soyuq havanı tənəffüs etməsi müəyyən problemlərə səbəb ola bilər”, – deyə terapevt qeyd edib.

Həkim belə şəxslərə səhər saatlarında hava bir qədər mülayimləşənədək gözləməyi və temperaturun daha uyğun olduğu vaxtlarda çölə çıxmağı tövsiyə edib.

Terapevt yaşlı insanların da hava dəyişkənliyinə qarşı daha həssas olduğunu bildirib:

“Yaşlı insanların orqanizminin adaptasiya qabiliyyəti gənclərlə eyni deyil. Buna görə də heç bir xroniki xəstəliyi olmayan yaşlı insanlar belə kəskin hava dəyişiklikləri zamanı daha tez xəstələnə bilərlər”.

R.Bağırov dəyişkən hava şəraitində xüsusilə səhər və günorta arasındakı temperatur fərqinin nəzərə alınmasının, geyimin hava şəraitinə uyğun seçilməsinin və risk qrupuna daxil olan insanların özlərini qorumasının vacib olduğunu diqqətə çatdırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!