SEPAH ABŞ gəmilərini vurdu -   Yaxın Şərqdə gərginlik böyüyür

saytların hazırlanması

Evə çatdırılma

SEPAH ABŞ gəmilərini vurdu - Yaxın Şərqdə gərginlik böyüyür

Dünya

09 Sentyabr 2026 08:56 114


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Silahlı Qüvvələrinə məxsus esmineslərə ballistik raketlərlə zərbələr endirdiyini bəyan edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

"İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri ballistik raketlərin tətbiqi ilə həyata keçirilən əməliyyat zamanı qanadlı raketlər və "Aegis" sistemi ilə təchiz olunmuş "DDG-119" və "DDG-53" hərbi gəmilərini vurub", - deyə açıqlamada qeyd olunub. Bildirilib ki, hədəfə alınan gəmilərə ciddi ziyan dəyib. pizza

Bundan başqa Tehran Fars körfəzində İran tankerlərinə ABŞ tərəfindən edilən hücumlara cavab olaraq, Amerika hərbçilərinin İordaniyada istifadə etdiyi "Muvəffəq-Səlti" və "Şahzadə Həsən" aviabazalarına raket zərbələri endirib. Məlumata görə, sözügedən iki hərbi bazaya ən azı 20 raket atılıb.

İordaniyanın hava hücumundan müdafiə (HHM) sistemləri işə salınaraq krallıq ərazisinə İrandan atılan raket zərbələrinin qarşısını alır.

"Al Jazeera" telekanalından bildirilib ki, İordaniyanın hava hücumundan müdafiə qüvvələri krallığın şimalındakı İrbid şəhəri yaxınlığında İrandan atılan raketləri havada məhv edir.

"İordaniya HHM sistemləri ölkənin şimalında yerləşən İrbid üzərindəki səmada İran raketlərini ələ keçirir", - deyə xəbərdə qeyd olunub.

Bununla yanaşı, "İrandan atılan çox sayda raketin Suriyanın cənub bölgələri üzərində zərərsizləşdirildiyi" barədə də məlumatlar daxil olur.

Bundan əvvəl İranın dövlət teleradio şirkəti ABŞ-nin Fars körfəzində üç İran mülki gəmisinə zərbə endirdiyini bildirmişdi. ABŞ-nin İran gəmilərinə hücumlarından sonra İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Bəhreyn və Küveyt limanlarındakı tanker heyətlərini ehtimal olunan cavab hücumları təhlükəsinə görə gəmiləri tərk etməyə çağırıb.\Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!