2026-cı ilin yanvar–sentyabr aylarında Afrika ölkələrindən Azərbaycana 16,6 mindən çox vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin sentyabr ayında qeyd edilən regiondan ölkəmizə gələnlərin sayı 2,4 min nəfəri ötüb. Statistikaya görə, sentyabr ayı üzrə turist axını ötən ilin eyni ayına nisbətdə 12,1 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 52,6 faiz artım nümayiş etdirib.
Qeyd edək ki, ümumilikdə hesabat dövründə Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Online alış-veriş
Telegram kanalımız