Elmar Məmmədyarov: “Azərbaycanın ATƏT-ə sədrliyinə 46 ölkə səs verməzsə...”

saytların hazırlanması

Evə çatdırılma

Elmar Məmmədyarov: “Azərbaycanın ATƏT-ə sədrliyinə 46 ölkə səs verməzsə...”

Siyasət

25 Noyabr 2026 17:13 53


Elmar Məmmədyarov Belarus, Rusiya, Ukrayna, Fransa, Serbiya, ABŞ və digər ölkələrdən 46 vətəndaş cəmiyyəti təşkilatının Azərbaycanın ATƏT-ə mümkün sədrliyinə etiraz etməsinə və iştirakçı dövlətləri buna imkan verməmək barədə çağırışlara münasibət bildirib.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, Sabiq xarici işlər naziri proseduru izah edib:

“Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdə  sədr seçiləndə rəqibimiz Macarıstan və Sloveniya idi. Nyu-Yorkda iki gün səsvermə davam etdi. Səfirliklərimizin fərqli-fərqli ölkələrdə iş aparmalarına baxmayaraq, şəxsən səsvermədən öncə iki ilə yaxın ölkələrin paytaxtlarına səfər etmişdim. övlət rəhbərlərinə, həmkarlarıma sübut edirdim ki, Azərbaycana səs versələr, hansı istiqamətdə iş aparacağıq. Proqram təqdim edirdik ki, BMT-yə üzv ölkələr nə üçün Azərbaycana səs verməlidirlər. İnternet mağaza

Hazırda ATƏT-ə sədrliklə bağlı səsvermədən öncə paytaxtlarda iş aparılıb-aparılmaması barədə məlumatım yoxdur. Doğrudan da, 46 ölkə səs verməsə...

Bu barədə Xarici İşlər Nazirliyi məlumat verməlidir. Çünki sədrliklə bağlı əvvəlcədən proqram tutulmalı, Azərbaycanın sədr seçildiyi təqdirdə hansı istiqamətdə işlər aparılacağı barədə məlumat verilməlidir. Asan məsələ deyil. ATƏT-ə üzv ölkələrdən hansısa Azərbaycana səs versə, deməli, Azərbaycanın sədrlik dövründə öz işini hansı istiqamətdə quracağını tam şəkildə başa düşür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!