"İran 40 günlük müharibə zamanı əsasən köhnə nəsil silahlarına güvənirdi. Lakin o vaxtdan bəri daha inkişaf etmiş silahlar əldə edib".
"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, bunu İİKK sözçüsü Hüseyn Mohebbi bildirib.
Onun sözlərinə görə, İrana qarşı yeni müharibəyə başlamaq ABŞ üçün məntiqsiz olsa da, bu, hələ də mümkündür: pizza sifarişi
"Çünki Tramp administrasiyasının aralıq seçkilərdən əvvəl irəliləyiş əldə etməlidir. İran hər hansı bir yenilənmiş təcavüzə əvvəlkindən böyük güclə cavab verməyə hazırdır və bu dəfə ABŞ üçün nəticələr daha ağrılı olacaq. Aparıcı media bu cür qəddar təcavüzlərin reallığını fəal şəkildə gizlətdiyindən Amerika ictimaiyyəti xarici müharibələrinin reallığından xəbərdar deyil. Üstəlik, Amerika rəsmilərinin İran liderləri arasında fikir ayrılığı və əməkdaşlığın yoxluğu barədə açıqlamaları tamamilə yalandır və yalnız Vaşinqtonun müharibədəki uğursuzluqlarını haqlı çıxarmaq üçün edilir".
Telegram kanalımız