Türkiyənin məşhur müğənnisi Serdar Ortaç özünə yeni gəlir mənbəyi tapıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sosial şəbəkədən ayrı-ayrı adamlar üçün videolar çəkərək pul qazanır.
Belə ki, müğənni bu yolla ayda 120 min lirə pul qazanır. Pepperoni pizza
O, ayda orta hesabla 100 video çəkdiyini bildirib.
“Sevənlərimlə söhbət edirəm, mahnı oxuyuram, ad günlərini təbrik edirəm, küsmüş cütlükləri barışdırıram. Yəni insanlar mənim vasitəmlə qarşı tərəfə demək istədiklərini göndərirlər. Böyük maraq var. Məqsədim pul qazanmaq deyil, insanları xoşbəxt etməkdir”.
Telegram kanalımız