Sərdar Ortaç xəstəxanaya yerləşdirilib?

saytların hazırlanması

Evə çatdırılma

Sərdar Ortaç xəstəxanaya yerləşdirilib?

Şou

07 Avqust 2026 18:55 75


Türkiyəli müğənni Serdar Ortaç səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

''Yeni Sabah'' xəbər verir ki, sənətçinin qatılacağı tədbirdə iştirak etməməsi onun xəstəxanaya yerləşdirilməsi ilə bağlı iddialara səbəb olub.

Tədbirdə çıxış edən "Karma6" qrupunun üzvləri Ortaçın yüngül narahatlığı səbəbindən xəstəxanada olduğunu, hazırda vəziyyətinin yaxşı olduğunu bildiriblər. Marqarita pizza

Bundan sonra Serdar Ortaç sosial media hesabında paylaşım edərək xəstəxanaya təcili aparılması ilə bağlı yayılan xəbərləri təkzib edib. O bildirib ki, xəstəxanaya yoxlanış üçün gedib:

"Hansısa səbəbdən xəstəxanaya qaldırılmamışam. Sadəcə, planlı müalicəm olduğu üçün xəstəxanada idim. Ona görə də tədbirə qatıla bilmədim. Heç nəyim yoxdur".

Qeyd edək ki, uzun illərdir dağınıq skleroz (MS) xəstəliyindən əziyyət çəkən Serdar Ortaç mütəmadi olaraq müalicə alır. Müğənni daha əvvəl ayaqlarındakı problemlə əlaqədar təxminən bir ay xəstəxanada müalicə olunduğunu açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!