Sərnişinlərə ŞAD XƏBƏR: Bu avtobuslar daha intensiv işləyəcək

saytların hazırlanması

Evə çatdırılma

Sərnişinlərə ŞAD XƏBƏR: Bu avtobuslar daha intensiv işləyəcək

Sosial

03 Sentyabr 2026 12:05 248


“Əslində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin elan etdiyi “Brutto müqaviləsi” modelinin ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə birbaşa əlaqəsi yoxdur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib. O bildirib ki, Brutto müqaviləsi” modelində kilometraj üzrə işləyəndə daşıyıcılara sərnişin sayı fərq etməyəcək:

“Daşıyıcı şirkətlər Bakı ətrafı qəsəbələrə və nisbətən ucqar ərazilərə sərnişin daşımaq o qədər də maraqlı deyildi. Çünki daşıyıcılar adambaşına pul qazanırdılar. Şəhərkənarı qəsəbə və kəndlərə daşınan sərnişin sayı isə mərkəzə nisbətən olduqca azdır. Paytaxdaxili yollarda fəaliyyət göstərən avtobusların dövriyyəsi çox olur. Qəsəbələrdən elə olur ki, avtobus heç yarı qədər dolmur və neçə kilometr yol gəlir. “Brutto müqaviləsi” modelində kilometraj üzrə işləyəndə daşıyıcılara artıq sərnişin sayı fərq etməyəcək. Onlar çalışacaq ki, daha çox kilometr yığsınlar”. pizza sifarişi

Ekspert əlavə edib ki, yeni qaydanın sərnişinlərə dolayı və müsbət təsiri olacaq:

“Bu baxımdan, sərnişinlərə birbaşa təsiri olmasa da, dolayı yolla təsiri olacaq. Bu modelin tətbiqindən sonra Bakı ətrafı qəsəbə və kəndlərə də avtobuslar intensiv gedib-gələcək. Daşıyıcılar öz marşrutlarını ətraf ərazilərə göndərməyə daha maraqlı olacaq”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə  təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın tətbiqinə başlanılıb.

Yeni “brutto müqavilə” modelinə əsasən, artıq daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdirilir. Daşıyıcı isə bu tələblərə uyğun göstərdiyi xidmətə görə ödəniş alır. Beləliklə, sərnişin sayının az olduğu saatlarda, o cümlədən axşam saatlarında da avtobusların sərnişənlərə xidmət göstərməsi və qrafikə riayət etməsi təmin olunacaq. 

İlk olaraq 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm marşrutlar “brutto müqavilə” sisteminə qoşulub. Tələblərə uyğun olaraq digər marşrutlar da tezliklə bu sistemə qoşulacaq.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!