Bakı Dəmiryol Vağzalında sərnişinlər üçün yeni turniket zalı istifadəyə veriləcək.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Dəmir Yollarından məlumat verilib.
Bildirilib ki, sentyabrın 15-dən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında 11 turniketdən ibarət yeni zal fəaliyyətə başlayacaq. Bununla da vağzalda turniketlərin ümumi sayı 46-ya çatdırılacaq. pizza
Bundan əlavə, Bakı və Sabunçu vağzalları da daxil olmaqla, 8 stansiya və dayanacaqda bank kartı ilə ödəniş edərək keçidi təmin edən turniketlərə 58 əlavə validator quraşdırılıb.
Yeni imkanların xüsusilə sərnişin axınının intensiv olduğu saatlarda daha rahat hərəkətə və alternativ ödəniş imkanlarının genişləndirilməsinə şərait yaradacağı bildirilib.
Aytac Əliyeva
Telegram kanalımız