Səudiyyə sutka ərzində Yəmənə 52 zərbə endirdi

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyə sutka ərzində Yəmənə 52 zərbə endirdi

Dünya

16 Sentyabr 2026 01:31 44


Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri son sutka ərzində Yəməndə “Ənsarullah” hərəkatının (husilər) nəzarətində olan ərazilərə 52 hava zərbəsi endirib.

"Yeni Sabah" xəbər verir ki, bunu husilərin rəsmi nümayəndəsi Yəhya Səriya bildirib.

Onun sözlərinə görə, hücumlarda Xamis-Müşeyt və Taif şəhərlərindəki aviabazalardan havaya qalxan F-15 və “Tayfun” döyüş təyyarələrindən istifadə olunub. Dominos pizza

Yəhya Səriya zərbələrin Taiz vilayətində məktəblər, körpülər və yollar da daxil olmaqla mülki obyektlərə, həmçinin Əl-Cauf, Əl-Beyda, Səada və Amran vilayətlərindəki digər obyektlərə endirildiyini iddia edib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!