Sevda Ələkbərzadə caz məktəbi açır   - Video

saytların hazırlanması

Evə çatdırılma

Sevda Ələkbərzadə caz məktəbi açır - Video

Şou

02 Aprel 2021 16:28 1126


Əməkdar artist Sevda Ələkbərzadə caz məktəbi açır.

Yenisabah.az xəbər verir ki, bu haqda sənətçi türkiyəli bloger Emre Yücelenin "Youtube" verilişinə qonaq olan zaman deyib.

Sevda bildirib ki, məktəb 6 ay ərzində fəaliyyətə başlayacaq: Dominos pizza

“Bu fikir məndə bir neçə il əvvəl yaranmışdı. Lakin konsertlərim çox olduğundan buna vaxtım yox idi. Pandemiya dövründə düşündüm ki, niyə də Sevda Ələkbərzadənin vokal dərslərindən ibarət məktəb olmasın?

Fikirləşirəm ki, başqa ölkədən gələn tələbələr məndən nələrsə öyrənə bilərlər. Bu cür ifa başqa yerdə yoxdur! Qısa zamanda, 6 ayda bu iş alınacaq. Bakıda açmaq niyyətindəyəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!