Əlibala Əsgərov vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Əlibala Əsgərov vəfat etdi

Sosial

10 Avqust 2026 09:25 906


“Qeyrət” Xalq Hərəkatının təsisçilərindən biri, ictimai xadim və ziyalı Seyid Əlibala Əsgərov vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, Əlibala Əsgərov avqustun 9-da axşam saatlarında həyata gözlərini yumub.

O uzun müddətdir uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.  Əlibala Əsgərovun dəfn mərasimi avqustun 11-də doğulduğu Marneuli bələdiyyəsinin Dəmiyə-Qorarxı kəndində keçiriləcək. Dördpendirli pizza

Bildirək ki, Əlibala Əsgərov uzun illər Gürcüstanda yaşayan azərbaycanlıların ictimai həyatında fəal iştirak edən tanınmış ictimai xadimlərdən biri olub. O, “Qeyrət” Xalq Hərəkatının sədri kimi fəaliyyət göstərib.

İctimai fəaliyyəti dövründə Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları, sosial problemləri, ana dili və təhsil məsələləri, eləcə də icmanın ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edib.

Əlibala Əsgərov həmçinin milli-mədəni dəyərlərin qorunması və Gürcüstanda yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin gücləndirilməsi istiqamətində fəaliyyəti ilə yadda qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!