Seyidcahan ailəsində nə baş verir? - Samiraldodan paylaşım

saytların hazırlanması

Evə çatdırılma

Seyidcahan ailəsində nə baş verir? - Samiraldodan paylaşım

Şou

13 İyul 2023 10:22 1074


Bir neçə gün əvvəl Lalə Seyidcahan "Bizimləsən" verilişində bacısı olan Əməkdar artist Elza Seyidcahanla 8 ilə yaxındır ki, küsülü olduğu və artıq Elzasızlığa öyrəşdiyini bildirib. Onun bu açıqlamasından sonra bacıların anası Seyidcahan Əhmədova proqrama zəng vuraraq Lalənin efirə çıxaraq Elza haqda səsləndirdiyi fikirləri sərt şəkildə tənqid edib. 

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, stilist Samiraldo (Samir Əliyev) Seyidcahan ailəsi ilə bağlı diqqət çəkən paylaşım edib. 

O, restoranların birində Lalə, Elza və bacıların anası Seyidcahan Əhmədova ilə bir araya gələrək onlarla xatirə şəkil çəkdirib. Sezar pizza

Fotonu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Samiraldo "Biz mehriban ailəyik" şərhini yazıb. Lakin Lalənin Elza və anası Seyidcahan Əhmədova ilə barışıb-barışmadığı sual altında qalıb. 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!