“Şikayət edərək onun cəzalandırılmasını istəyəcəyəm” -   Aysun İsmayılova

saytların hazırlanması

Evə çatdırılma

“Şikayət edərək onun cəzalandırılmasını istəyəcəyəm” - Aysun İsmayılova

Şou

13 İyun 2025 10:34 544


Müğənni Aysun İsmayılova sosial şəbəkələrdə barəsində yayılan yalan məlumatlara sərt reaksiya verib.

Yenisabah.az xəbər verir ki, o, "TikTok" platformasında fəaliyyət göstərən bir səhifənin artıq üçüncü dəfədir ki, onun haqqında şər və böhtan xarakterli paylaşımlar etdiyini bildirib.

Müğənni bildirib ki, həmin səhifə onu blokladığı üçün paylaşımlarını görə bilmədiyini düşünür: pizza mizza

"Bu arada bunu bir dəfədə etmişdirlər. "TikTok"da bir səhifə var və düşünür ki, məni bloka atıb deyə mən onu görmürəm. Bunu üçüncü dəfədir ki, edirlər. Yalan xəbərlər paylaşır. O səhifədə yazılan heç bir şey doğru deyil".

Aysun İsmayılova qeyd edib ki, artıq bu məsələyə hüquqi yolla son qoymaq niyyətindədir:

"O bilmir ki, biz onunla bacara bilmirik deyə dövlət orqanlarına şikayət edərək onun cəzalandırılmasını istəyəcəyəm. Çünki artıq üçüncü dəfədir ki, qara PR aparır mənimlə bağlı. Şər-böhtan atır. Bunun cəzası nədirsə, qanun çərçivəsində o, onu yaşayacaq. Çünki artıq boğaza yığılmışıq!  Yenə deyirəm, son xəbərdarlığımı edirəm: ya səhifəni özün sil, özünü yığışdır, ya da səninlə başqa cür danışacağam!"

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!