Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırıldı

Dünya

02 Sentyabr 2026 23:26 103


Avqustun 30-da Girne sahillərində baş verən sərnişin gəmisi qəzasından sonra aparılan təhqiqat çərçivəsində Şimali Kipr Türk Respublikasının (ŞKTR) ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı vəzifəsindən uzaqlaşdırılıb.

"Yeni Sabah" xəbər verir ki, bunu ŞKTR-nin Baş naziri Ünal Üstel deyib.

Baş nazir bildirib ki, sözügedən qərar qəzadan sonra başlanan məhkəmə prosesinin qərəzsiz aparılması naminə qəbul edilib: Marqarita pizza

"Bu addım təhqiqat prosesinin hər hansı müzakirəyə əsas yaratmadan həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Polis Baş İdarəsi və məhkəmə orqanlarının öz işlərini lazımi qaydada yerinə yetirə bilmələri vacibdir".

Xatırladaq ki, Şimali Kipr Türk Respublikasındakı Girne limanı ilə Mersindəki Taşucu limanı arasında səfər həyata keçirən "Filo Jet" adlı yüksəksürətli sərnişin gəmisinin avqustun 30-da günorta saatlarında Girnedən yola düşdükdən qısa müddət sonra ön hissəsindən göyərtəsinə su dolmağa başlayıb. Gəmi Girne limanına qayıtmağa çalışarkən aşıb.

Hadisə nəticəsində 241 nəfər xilas edilib, səkkiz nəfərin cəsədi tapılıb və itkin düşən 20 nəfərin axtarışına başlanılıb. Həmçinin batmış gəminin qalıqlarının Girne sahillərində dənizin 550 metr dərinliyində olduğu bildirilmişdi.

Qeyd edək ki, gəminin göyərtəsində Valeh Hümmətov və Rəşad İbrahimov adlı Azərbaycan vətəndaşları da olublar və onlar xilas ediliblər. Gəminin ekipaj üzvləri olan Valeh Hümmətov və Rəşad İbrahimov daha sonra kapitan və digər ekipaj üzvləri ilə birlikdə hadisə ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq məhkəməyə çıxarılıblar. Hadisə ilə bağlı istintaq davam edir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!