Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb

Sosial

29 Mart 2024 14:43 238


Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu "İpoteka haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı istəyir ki, hər bir vətəndaş yaxşı yaşasın və ipoteka kreditindən faydalana bilsin: Toyuqlu pizza

“Hazırda isə ipoteka kreditindən yalnız dövlət qulluğunda çalışan faydalana bilir. Digər şəxslərin bu kreditlərdən faydalanmağı çətin məsələdir. Bənna, zərgər, dülgər və digərləri ipoteka krediti ala bilmir. Həm də bunlar kiçik və orta sahibkarlıqla məşğul insanlardır. O cümlədən yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb . Bizdə kifayət qədər jurnalistlər var və kifayət qədər əmək haqqı alır. Adam var, elə 20 ildir eyni saytda işləyir, amma ipoteka ala bilmir. Şəhərdə və kənddə çalışan üçün də ipoteka kreditlərinin şərtlərində fərq olmalıdır. Elə olmalıdır ki, vətəndaş, gənc ailə, müəllim kənddə yaşaya bilsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!