Asiya futbolunun ulduzu Son Heunq-min Cənubi Koreya milli komandasının heyətində tarixi nailiyyətə imza atıb.
“Yeni Sabah” xəbər verir ki, təcrübəli hücumçu Özbəkistan millisinə qarşı keçirilən gərgin qarşılaşmada möhtəşəm cərimə zərbəsi ilə fərqlənərək milli formada 59-cu qolunu vurub. Bu zərbə ilə Son, əfsanəvi futbolçu Ça Bum-kunun uzun illər toxunulmaz qalan 58 qolluq rekordunu geridə qoyaraq Cənubi Koreya futbol tarixinin bir nömrəli bombardiri zirvəsinə yüksəlib.
Milli komanda karyerası ərzində 152 rəsmi matçda meydana çıxan ulduz futbolçu, 59 qolla yanaşı 24 məhsuldar ötürmə ilə də komandasının uğurlarında müstəsna rol oynayıb. Heyətində Asiya Oyunlarının qızıl medalını da daşıyan Son Heunq-min, vurduğu bu tarixi qolla adını ölkəsinin futbol salnaməsinə mütləq əfsanə kimi həkk etdirib. Pepperoni pizza
Nazim Hacıyev
Telegram kanalımız