Azərbaycanda 2026-cı ilin 7 ayı ərzində 83 uşaq övladlığa verilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Övladlığa verilən uşaqların 41-i qız, 42-si oğlandır. pizza sifarişi
“Ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsi, eləcə də onların hüquqlarının qorunması və sosial rifahının artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. İnstitusional qayğıdan ailəəsaslı qayğıya keçidin təşviqi, uşaqların fərdi ehtiyaclarının nəzərə alınması və davamlı sosial dəstək mexanizmlərinin tətbiqi prioritet istiqamətlərdəndir", - deyə məlumatda qeyd olunub.
Telegram kanalımız