Sonaxanım Çimnazın bu görüntülərini paylaşdı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sonaxanım Çimnazın bu görüntülərini paylaşdı - VİDEO

Şou

16 Yanvar 2025 12:09 429


Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova dünən vəfat edib. Sənət dostları onun vaxtsız ölümünü böyük kədərlə qarşılayıblar. Aktrisanın yaxın dostu, rəfiqəsi Sonaxanım Əliyeva da həmkarının ölümündən təsirlənib. Mətbuata verdiyi açıqlamada bildirib ki, bu hadisəyə inanmaq istəmir.

Yenisabah.az xəbər verir ki, Sonaxanım Əliyeva şəxsi instaqram hesabında həmkarı ilə bağlı video paylaşıb. Videoda bu sözləri yazaraq dostuna vida edib:

“Çimnaz, heç inana bilmirəm... Həyat dolu Çimi... Allah sənə rəhmət etsin”. pizza

Qeyd edək ki, Çimnaz Sultanova bağırsaq xərçəngi ilə mübarizə aparırdı. O, bu gün Əmircan qəsəbəsində dəfn ediləcək.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!