Sosial şəbəkə fenomeni Şeyma Subaşı bir müddət əvvəl yenidən barışdığı misirli sevgilisi Məhəmməd əl-Salussi ilə evlilik planlarından danışıb.
Yenisabah.az xəbər verir ki, o, toy tarixini müəyyən etmədiklərini deyib:
"Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya 1 il boyu haqqımızda danışacaq. Ona belə bir şeyə ehtiyac olmadığını bildirdim". Dominos pizza
Məhəmməd 3 ay bundan əvvəl Şeymaya evlilik təklifi edib və "hə" cavabı alsa da, sonradan cütlük ayrılıb.
İddialara görə, Şeyma sevgilisinin milyarder olmadığını öyrənib.
Xatırladaq ki, Subaşı bundan əvvəl Acun Ilıcalı ilə evli olub.
Onun bu nikahdan Melissa adlı bir qızı var.
Telegram kanalımız