Stoltenberqin mandatı uzadılacaq

saytların hazırlanması

Evə çatdırılma

Stoltenberqin mandatı uzadılacaq

Dünya

27 İyun 2023 19:27 646


İyunun 28-də Yens Stoltenberq NATO baş katibinin səlahiyyətlərini bir il müddətinə uzada bilər.

Yenisabah.az "Euractiv"ə istinadla xəbər verir ki, bunu alyansın məlumatlı diplomatları deyib.

"2014-cü ilin oktyabrından NATO-ya rəhbərlik edən Stoltenberqin bu ilin payızında istefa verəcəyi gözlənilirdi, lakin əvəzində o, daha bir il vəzifəsində qalacaq. Çox güman ki, onun mandatı uzadılacaq”, - deyə onlar qeyd edib. Pepperoni pizza

Həmsöhbətlərdən birinin sözlərinə görə, fırtına zamanı rəhbərliyi dəyişmək təhlükəlidir.

Qeyd olunur ki, onun Danimarkanın baş naziri Mette Frederiksen, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles, İspaniyanın baş naziri Pedro Sançes kimi mümkün davamçılarından heç biri Şimali Atlantika Alyansına üzv olan 31 ölkə arasında böyük dəstək qazanmayıb.

Bununla belə, bəzi NATO üzvləri Stoltenberqin davamçısı üçün uzun axtarışların yarada biləcəyi problemə işarə ediblər.

"Əgər müttəfiqlər yeni kompromis namizəd tapa bilməsələr, bu, böyük bir demokratik kəsir kimi görünə bilər", - alyansın diplomatlarından biri deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!