Uruqvay millisinin hücumçusu Luis Suares sosial şəbəkə hesabında Lionel Messi ilə bağlı paylaşım edib.
"Yeni Sabah" xəbər verir ki, o, karyerasını başa vuran həmkarını tərifləyib:
“Dostum, bu gün arxanda rekordlar, möhtəşəm anlar və milli komandada qazandığın uğurlarla zəngin bir miras qoyursan. Cənubi Amerika və dünya futbolunun tarixinə düşmüsən. Harada oynamısansa, həmişə öz izini qoymusan. Bununla yanaşı, rəqiblərinə hörmətlə yanaşmısan. Məhz bu xüsusiyyət səni daha da böyük edir. Pepperoni pizza
Qazandığın bütün uğurlar münasibətilə səni təbrik edirəm. Heç vaxt təslim olmadın və çoxumuza göstərdin ki, insan həqiqətən arzularının arxasınca gedərsə, onları reallaşdıra bilər.
Sən şübhəsiz ki, futbolçu kimi nümunəsən. Amma eyni zamanda möhtəşəm insan, komanda yoldaşı və dost olaraq qalırsan. Təşəkkür edirəm, təşəkkür edirəm, təşəkkür edirəm! Səninlə eyni dövrdə yaşamaq imkanına görə həmişə minnətdar olacağam. Səni çox sevirəm!”
Telegram kanalımız