Suda boğulan gənc tələbə imiş

saytların hazırlanması

Evə çatdırılma

Suda boğulan gənc tələbə imiş

Hadisə

28 May 2026 21:23 97


Cəlilabad rayonunda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, hadisə Privolnoye kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Elşən Abbasov dostları ilə birlikdə kənd ərazisindən axan çayın yaxınlıqda olan su hövzəsinə çimməyə gedib. O çimən zaman ehtiyatsızlıq nəticəsində suda boğulub. Dominos pizza

Orada olan dostları onu xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Sonra onun cansız bədəni sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Mərhum ailənin 3 övladından biri olub.

Elşən Abbasov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kursunda təhsil alırdı və iyul ayında hərbi xidmətə yola düşəcəkdi. Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!