Sudan ordusu və Çevik Reaksiya Qüvvələri arasında 72 saatlıq atəşkəs elan edilsə də, paytaxt Xartum ətrafında döyüşlər davam etməkdədir. Bununla belə, ordu atəşkəsi uzatmağa hazır olduğunu bildirib.
Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, ordunun bəyanatına görə, general Əbdülfəttah Burhan atəşkəsin daha 72 saat uzadılmasına və danışıqlar üçün Cənubi Sudanın paytaxtı Cubaya nümayəndə heyəti göndərilməsinə ilkin icazə verib.
Cənubi Sudan, Keniya və Cibuti prezidentləri atəşkəs və iki tərəf arasında danışıqların uzadılması üçün təkliflər hazırlayıblar. ABŞ dövlət katibi də, öz növbəsində, Afrika İttifaqı Komissiyasının sədri ilə münaqişələrin stabil şəkildə dayandırılması istiqamətində birgə işləmək məsələsini müzakirə edib. Marqarita pizza
Xatırladaq ki, aprelin 15-də başlayan qarşıdurmalar zamanı Sudanda 512 dinc sakin həlak olub, 4.200-ə yaxın insan yaralanıb.
Telegram kanalımız