Sudanda vuruşan tərəflər “Ciddə Bəyannaməsi” imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Sudanda vuruşan tərəflər “Ciddə Bəyannaməsi” imzaladı

Dünya

12 May 2023 13:12 665


Mayın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (Xüsusi Qüvvələr) arasında ilkin razılaşma imzalanıb.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, “Ciddə Bəyannaməsi”nə əsasən, ordu və xüsusi təyinatlılar mülki əhaliyə zərər vurmamaq üçün bütün tədbirləri görməyə və zəruri hallarda müntəzəm humanitar atəşkəs və sükut günlərini saxlamağa dair öhdəlik götürüblər.

Tərəflər yeniyetmələri öz bölmələrinə cəlb etməkdən və uşaqları hərbi əməliyyatlarda istifadə etməkdən çəkinməyə dair öhdəlik də götürüblər. Dominos pizza

Xatırladaq ki, mayın 6-da Ciddədə Sudan silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələrinin nümayəndələri arasında danışıqlar başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!