Bilal Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin edilir.
“Yeni Sabah” xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyinə salınıb.
Deputatlar Məmmədov Bilal Mahir oğlunun Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin olunmasına baxacaqlar. pizza sifarişi
Qeyd edək ki, B.Məmmədov 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb. 2003-2005-ci illərdə isə magistr təhsilinə yiyələnib.
O, ilkin olaraq, Şəki Ağır Cinayətlər Məhkəməsində fəaliyyətə başlayıb. 2023-cü dekabrında Bakı Hərbi Məhkəməsinə ezam olunub.
Nazim Hacıyev
Telegram kanalımız