Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbdə 10-cu sinif şagirdinin yaşıdına xəsarət yetirməsi ilə Abşeron-Xızı Regional Təhsil İdarəsi münasibət bildirib.
"Yeni Sabah" xəbər verir ki, məktəb rəhbərliyi hadisəyə dair təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarını məlumatlandırıb.
Təhsil İdarəsi qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır. Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən nəzarətdə saxlanılır. Sezar pizza
Telegram kanalımız