Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Sumqayıt“ yeni qapıçı aldı
18 İyn 2021 15:33
448

“Sumqayıt“ yeni qapıçı aldı

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunun keçidini gerçəkləşdirib.

Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü “Qəbələ”də keçirmiş qapıçı Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalayıb. Qolkiper yeni komandasında "1" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2012-2017-ci illərdə "Sumqayıt"da çıxış etmiş Tərlan Əhmədli bu müddətdə ümumilikdə 11 oyun keçirib. O, “Qəbələ” ilə yanaşı (14 oyun), “Rəvan”, “Xəzər Bakı” və “Sabah” klublarının da uğurları üçün çalışıb. Əhmədli Azərbaycanın U-21 və U-23 millilərinə də dəvət alıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər