Suraxanı qardan belə təmizləndi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanı qardan belə təmizləndi - Fotolar

Sosial

25 Fevral 2021 16:37 821


Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Suraxanı rayonunun ərazisində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Yenisabah.az xəbər verir ki, “Rayon təsərrüfatının 2020-2021-ci illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkil və təmin edilməsi haqqında” Rayon İcra hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən yaradılmış komissiya gücləndirilmiş iş rejimində çalışaraq, gecə saatlarından yağan qarın yaradacağı çətinliklərin qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi texnika, qartəmizləyən nəqliyyat vasitələrindən istifadə olunmaqla yollarda duz-qum qarışığının səpilməsi, qarın təmizlənməsi işləri həyata keçirilib.

Sakinlərə təhlükəsizlik tədbirlərinə riayət edərək ehtiyatlı olmağı, qarlı havada təcrübəsiz sürücülərin yola çıxmamasını tövsiyə edirik. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!