Suraxanıda küçələrin asfaltlanması davam etdirilir   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda küçələrin asfaltlanması davam etdirilir - Fotolar

Sosial

08 İyul 2021 11:03 765


Suraxanı rayonunda gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək heç zaman asfalt üzü görməyən küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.

Yenisabah.az xəbər verir ki, sakinlərin rahatlığını təmin etmək məqsədilə Hövsan qəsəbəsində Baxça küçəsində yenidənqurma işləri davam etdirilir.

Qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunan Baxça küçəsinin dəmir yoluna paralel hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində 520 m uzunluğu olan yolda 3570 kv.m asfalt-beton örtüyünün salınması işləri aparılır. Dominos pizza

Qeyd edək ki, rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə həyata keçirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!