Suraxanıda Vətən müharibəsi şəhidi anıldı   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda Vətən müharibəsi şəhidi anıldı - FOTOLAR

Sosial

07 Noyabr 2022 18:00 1369


Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medallarına layiq görülən şəhid Kərimov Əhməd Vaqif oğlunun anım günü qeyd olunub.

Yenisabah.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları Zığ qəsəbəsi, Dədə Qorqud Şəhidlər Xiyabanında Əhməd Kərimovun məzarına gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar. Sonra Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi açılıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!