SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bu küçədə avtobus zolağının saatı dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bu küçədə avtobus zolağının saatı dəyişdirildi

Avto

18 Sentyabr 2026 10:46 146


Bakıda yol hərəkətinin təşkilində növbəti dəyişiklik edilib. Keçmiş "Karl Marks" dairəsindən (Süleyman Sani Axundov küçəsi) Ziya Bünyadov prospektinə çıxan yoldakı xüsusi zolağın fəaliyyət saatı uzadılıb.

“Yeni Sabah” xəbər verir ki, sözügedən ərazidə əvvəllər avtobus zolağının qüvvədə olma müddəti saat 17:00-dan 20:00-dək müəyyən olunmuşdusa, yeni qaydalara əsasən bu müddət saat 21:00-a qədər artırılıb.

Məsələ ilə bağlı tanınmış blogger Saleh Nəsirov sosial şəbəkə hesabında xəbərdarlıq paylaşımı edib. O bildirib ki, dəyişiklikdən xəbərsiz olan bir çox sürücü köhnə vərdişlə saat 20:00-dan sonra zolağa daxil olub. Blogger sürücüləri diqqətli olmağa və qayda pozuntusuna yol verərək cərimələnməmək üçün yeni nişanların tələblərinə riayət etməyə çağırıb. Toyuqlu pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!